Bu gün Su çərşənbəsidir 25 Fevral 2020 09:44 Ölkə Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur. Maide.Az xəbər verir ki, Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə qeyd edilir. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur. Qeyd edək ki, od çərşənbəsi martın 6-da, yel çərşənbəsi martın 13-də, ilaxır - torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq. Teqlər : #gün,#çərşənbəsidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Orta məktəblərdə koronavirusla bağlı kütləvi tədbirlər məhdudlaşdırılıb Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb