Bu il Azərbaycanda baş verən yol qəzalarında 845 nəfər ölüb

Cari ilin 9 ayında ölkə ərazisində  baş verən  yol  qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən  Maide.az-a verilən məlumata görə, cari ilin ilk 9 ayında respublika ərazisində 1959 yol qəzası baş verib. Nəticədə 845 nəfər ölüb, 1993 nəfər yaralanıb.
 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 198, ölüm sayı 27,  yaralı sayı isə 310 fakt azalıb.
 
Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 707 yol qəzası baş verib. Nəticədə 267 nəfər ölüb,  499 nəfər yaralanıb.
 
Cari ilin ilk 9 ayında surət həddini aşma səbəbindən 571  yol qəzası qeydə alınıb. Nəticədə 293  nəfər ölüb, 468  nəfər yaralanıb.
 
Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında  74 uşaq ölüb, 175-i isə yaralanıb.
 
Hesabat dövründə paytaxtda 679 yol qəzası qeydə alınıb edib. Bu  qəzalarda 237 nəfər ölüb, 667 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru