Foreign Policy: ‘Taliban’ Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaradır

Foreign Policy: ‘Taliban’ Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaradır

 "Taliban" qruplaşamasının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaradır. 
 
Maide.Az “İSNA”a istinadla xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı qruplaşma liderlərinə yaxin mənəblərə istinadən bildirib.
 
Məlumata görə, şurada ən nüfuzlu üç şəxs "Taliban" siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu "Taliban" hərbi komissiyasının rəhbəri Moulavi Yaqub və səhra komandiri və "Haqqani Şəbəkəsi" terror qrupunun lideri Sirajuddin Haqqani olmalıdır.
 
Qeyd olunub ki, "Taliban" Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir. Bundan əlavə, əvvəlki hökumət üzvlərindən bəzilərinə onların seçiminə əsasən yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər.
 

Google+ WhatsApp ok.ru