Bu il Suriyada 39 min adam öldürülüb

Bu il Suriyada 39 min adam öldürülüb

-- onların 10 min 507-si dinc sakinlərdir

Bu il Suriyada  yaşanan böhran və münaqişə nəticəsində  39 min nəfər öldürülüb, onların 10 min 507-si dinc sakinlərdir.
 
Maide.Az “Azadliq radiosuna” istinadən xəbər verir ki, bunu Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı dekabrın 28-də bildirib.
Ölənlərdən 2 min 109-u uşaq, 1492 nəfəri qadındır.
 
Bu təşkilat münaqişədə ölənlərin statistikasını aparır. Dekabrın 28-də açıqlanmış məlumatda o da bildirilir ki, ölənlərin 2 min 923 nəfəri hökumət əsgəri, 7 min 494-ü terrorçu olub. Terrorçular əsasən İŞİD ekstremist qrupunun və al-Qaidəyə  bağlı bir qrupun üzvləridir.
 
Qurum ötən illə müqayisədə bu il müharibədən ölənlərin azaldığını vurğulayır. Ötən il 49 min 742 nəfər həlak olmuşdu.
 
Qeyd edək ki,  2011-ci ildən bəzi Qərb və Ərəb ölkələrinin dəstəyi ilə terrorçular Suriyanın bir sıra ərazisini işğal edib. Bu müharibədə indiyədək 470 min nəfər həyatını itirib.  
 
Münaqişə nəticəsində ölkənin 22 milyonluq əhalisinin yarıya qədəri evindən didərgin düşüb, 5 milyon suriyalı ölkədən qaçıb.
 

Google+ WhatsApp ok.ru