Bu ixtiraları bəşəriyyətə kimin bəxş etdiyini bilirsinizmi? - FOTOLAR

Fotoaparat və videokamera, paraşüt,  sabun və şampun, külək dəyirmanı, peyvənd və s. bu kimi ixtirarları kimlərin bəxş etidyini bilirsinizmi? 
Maide.az müsəlman alimlərinin ixtiralarından bəzilərini oxucularına təqdim edir: 
 
 
1. Qəhvə.
 
Qəhvəni dünya ilə ərəblər tanış edib.
 
2. Fotoaparat və videokameralar.
 
Müsəlman riyaziyyatçı İbn Əl-Xaysam optikaya dair yazdığı 7 kitabı vasitəsilə indiki nəsillərə müasir foto və videokameraların proobrazını təqdim edib.
 
3. Paraşüt.
 
Paraşütü müsəlman astronom Abbas İbn Firnas ixtira edib.
 
4. Sabun və şampun.
 
Hər iki gigiyenik vasitə müsəlman ölkələrində ilk dəfə hazırlanıb.
 
5. Cərrahiyə vasitələri.
 
Əbul Qasım əz-Zəhravi adlı ərəb həkim insan orqanizmində lazımi əməliyyatların rahat aparılması üçün xüsusi qurğuları hazırlayıb.
 
6. Peyvənd.
 
Peyvəndlərin tətbiqi də ilk dəfə müsəlman ölkələrinin təcrübəsindədir. Türklər bu məsələdə Avropanı düz 50 il qabaqlayıb.
 
7. Külək dəyirmanı.
 
Hələ 7-ci əsrdə ərəblər küləyi enerji qismində istifadə etməyə başlayıblar.
 
8. Avtoqələm.
 
Avtoqələm 953-cü ildə müsəlmanlar tərəfindən ixtira olunub.
 
9. Dirsəkvari val.
 
Avtomobil mühərrikini bunsuz təsəvvür etmək çətindir. Onu isə ərəb alimi Əl-Cazari ixtira edib.
 
10. Xalçalar.
 
Bəli, xalçalar da ilk dəfə müsəlman dünyasında yaranıb və günümüzə qədər istifadə edilməkdədir. olke.az /

Google+ WhatsApp ok.ru