`WhatsApp` istifadəçilərinin sayı rekord həddə çatıb

“WhatsApp” şəbəkəsi “Facebook” şirkəti tərəfindən alındıqdan sonra yeni rekorda imza ataraq aylıq aktiv istifadəçilərinin sayı 900 mln.-a çatıb.
 
Keçən ilin əvvəlində “Facebook”un 19 mlrd. dollar qarşılığında aldığı “WhatsApp” tətbiqinin qurucusu Jan Koum “Facebook” üzərindən yaydığı məlumatda, mesajlaşma xidmətinin ötən ay 900 mln. aktiv istifadəçiyə çatdığını bildirib.
 
Tətbiqin “Android” versiyasının 1 mlrd. dəfə yükləndiyini nəzərə alsaq, bu nəticə gözlənilən idi. Keçən ay aparılan araşdırmanın nəticəsinə görə,“WhatsApp” istifadəçilərinin 1/3-i “Android”indir, “iOS”daki istifadəçilərin yalnız 22%-i bu tətbiqi istifadə edir.

Google+ WhatsApp ok.ru