Bu küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bu küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

"Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
Maide.İnfo xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq. Adıçəkilən küçədə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılaraq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
 
"Azəravtoyol" sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir. /

Google+ WhatsApp ok.ru