Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.
 
Maide.İnfo xəbər verir ki, "Azəravtoyol" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
 
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq. /
 

Google+ WhatsApp ok.ru