Bu ölkədə məscid və İslam mərkəzi açıldı

Albaniyanın Roqojina şəhərində islam mərkəzi və “Dar-Ul-Anvar” məscidi açılıb
İslamazeri.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, açılış mərasimində Albaniya İslam İdarəsinin vitse-prezidenti, region müftisi, Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndəsi və rəhbərliyi altında müvafiq layihənin həyata keçirildiyi Albaniya İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunun direktoru doktor Ramiz Zekay iştirak ediblər.
Mərasim müqəddəs Qurandan parçalar oxunmağı ilə başlayıb. Bundan sonra Kavaya şəhər müftisi çıxış edib. O, yeni məscidə valeh olduğunu bildirib və sponsorlara və tikintini həyata keçirən şirkətə təşəkkür edib.
R.Zekay salamlama nitqində qeyd edib ki, kommunist rejimi vaxtı ölkədə bir çox məscidlər sökülüb, kütləvi ibadət yerlərinə getmək isə qadağan edilib.
O əlavə edib ki, Roqojina şəhərindəki qədim məscid yarıya qədər dağılıb, bu səbəbdən yeni məscidin tikilməyi region müsəlmanları üçün zəruri olub. /

Google+ WhatsApp ok.ru