NATO-nun yüksək rütbəli rəsmisi Gürcüstana gəlir

NATO baş katibinin müavini Alexander Vershbow yanvarın 29-da Gürcüstana səfər edəcək.

Maide.az-ın məlumatına görə, İkigünlük səfər zamanı o, Gürcüstan prezidenti Giorgi Margvelashvili, baş nazir Irakli Garibashvili və müdafiə naziri Mindia Janelidze ilə görüşəcək.

Vershbow yanvarın 26-da Gürcüstan mediasına eyib ki, bu ilin sonunadək NATO mərkəzinin Gürcüstanda fəaliyyətə başlayacağına ümid edir. Onun sözlərinə görə, NATO-ya daxil olmaq üçün Gürcüstanın hər şeyi var.

NATO rəsmisi onu da deyib ki, Gürcüstanın alyansa qoşulması üçün gərəkən bütün mexanizmlər sentyabrda Uels samitində müzakirə olunacaq. /

 

Google+ WhatsApp ok.ru