Bu ölkədə məmurlara cümə namazında iştirak üçün 90 dəqiqə müddətində işdən ayrılma icazəsi verilir

Bu ölkədə məmurlara cümə namazında iştirak üçün 90 dəqiqə müddətində işdən ayrılma icazəsi verilir

Hindistanın şimalında yerləşən Uttarakhand əyalət hökuməti elan edib ki, müsəlman dövlət məmurlarına cümə namazında iştirak etmək üçün 90 dəqiqə müddətində işdən ayrılma icazəsi verilir.
 
Maide.Az xəbər verir ki, Uttarakhand əyalətinin nazirlər kabineti ötən gün qərar qəbul edib ki, bundan sonra müsəlman məmurlara cümə namazında iştirak etmək məqsədi ilə cümə günləri yerli vaxtla saat 12:30-dan 14:00-dək  xüsusi tətil nəzərdə tutulsun. 
 
Uttarakhand əyalətinin baş naziri Hariş Ravat deyib ki, müsəlmanların əksəriyyəti namaz qılır və onlar üçün cümə namazında iştirak etmək müəyyən bir vaxtı rəsmi şəkildə elan olunması onların haqqıdır. 
 
O deyib ki, bu qərar müsəlman məmurların iş vaxtında namaz qılmaq üçün üzləşdiyi problemləri aradan qaldırmaq məqsədi ilə atılıb.
 

Google+ WhatsApp ok.ru