Bulvarda dezinfeksiya başladı

Bu addım infeksion xəstəliklərin yayılma riskinə qarşı atılıb

Dənizkənarı Milli Park ərazisində bu gündən dezinfeksiya işlərinə başlanılıb. Son illərdə dünyada yayılan infeksion xəstəliklərlərin yayılmasını nəzərə alaraq Azərbaycanda da bu xəstəliklərin sayının artmaması üçün insanların çox olduğu yerlərdə, xüsusən də Dənizkənarı Bulvar ərazisində bu işlərə start verilib. 
 
Bulvar ərazisinə gələn insanların sayının çox olmasını nəzərə alaraq oturacaqlardan tutmuş bütün kafe və restoranlar, atraksionların hamısı dezinfeksiya olunacaq. 
 
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov insanlar, xüsusəndə uşaqları qorumaq, yarana biləcək infeksion xəstəliklərin qarşısının alınması üçün bu cür tədbirlərin davamlı olacağını bildirib. 

Google+ WhatsApp ok.ru