Bu məhsulları almayın: vaxtı keçib - Nazirlik

Bu məhsulları almayın: vaxtı keçib - Nazirlik

Mağazalarda satılan bir çox ağartı məhsulunda saxlanma müddətində saxtakarlıq edildiyi müəyyən edilib.
 
İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı fiziki şəxs Ağayev Məlik Balakişi oğlu tərəfindən istehsal edilən "Saratovka" adlı, Kaspian Prodakşn Layn MMC tərəfindən istehsal edilən "Lavanda" adlı, Ramazanov Mehman Mahir oğlu tərəfindən istehsal edilən "İsmayıllı" adlı, Məsimov Alim Nəriman oğlu tərəfindən istehsal edilən "Bərəkət" adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.
 
Məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi insanların həyat və sağlamlığı üçün təhlükə yaradır.
 
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə Kaspian Prodakşn Layn MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib.
 
İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir. /

Google+ WhatsApp ok.ru