Bu məhsuldan Rusiyaya ancaq 5 kq apara bilərsiz - Yeni qayda 19 Avqust 2019 16:10 Dünya Bu gündən Azərbaycandan Rusiyaya gedən sərnişinlərin əl çantaları və yükləri yeni qaydalara əsasən yoxlanılacaq. APA-nın məlumatın görə, Rusiya gömrükçüləri sərnişinlərin yüklərini yeni qaydaya əsasən yoxlayacaqlar. Belə ki, avqustun 19-dan etibarən Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gələn sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq. Bu sənəd olmayacağı təqdirdə, gömrükçülər həmin məhsulu götürəcəklər. Bundan başqa, vətəndaş ölkəyə ancaq üç buket (hər buketdə 15 ədəd gül olmaqla) gətirə bilər. Yüklər bütün nəqliyyat növlərində yoxlanılacaq. Yeni fitosanitar qaydaların tətbiq olunacağı sərhəd keçid məntəqələrindən biri Dağıstanda, Azərbaycanla sərhəddə yerləşir. Bundan başqa, Finlandiya, Estoniya ilə sərhədlərdə də yeni qayda tətbiq olunacaq. Teqlər : #məhsuldan,#Rusiyaya,#ancaq,#apara,#bilərsiz,#Yeni,#qayda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO