Bu müsəlman ölkəsi Antarktidada elmi stansiya tikəcək

Bu müsəlman ölkəsi Antarktidada elmi stansiya tikəcək

"İlkin mərhələdə buzqıran gəmiyə ehtiyyacımız olacaq".
 
Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü bildirib ki, Ankara Antarktidada elmi stansiyanın tikilməsinə dair planları var.
 
"Türkiyəli alimlər daimi əsasda Antarktidada olacaq", -deyə nazir bildirib.
 
Onun sözlərinə görə, gələcək stansiya üçün nəzərdə tutulacaq bütün tikili və avadanlıqlar oraya Türkiyədən dəniz yolu ilə çatdırılacaq. "Bu qədər böyük həcmə sahib yükün çatdırılması üçün buzqıran gəmi lazımdır.  Ölkəmiz hələ bu cür gəmiyə sahib deyil. Düşünürəm ki, ilkin mərhələdə buqıran gəmini ya tikmək, ya da icarəyə götürmək lazımdır", -deyə o əlavə edib. (islamazeri) 

 

Google+ WhatsApp ok.ru