Bu prospektdə yol qəzası tıxac yaradıb

Bu prospektdə yol qəzası tıxac yaradıb

Bakının H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.   
 
Hadisə Nərimanov rayonu ərazisində adı çəkilən prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsindıə qeydə alınıb.  
 
"KİA" və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəzadan sonra mərkəzi prospektdə böyük tıxac yaranıb.
 
Bakı Nəqliyyat Agentliyindən APA-ya prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.
 
Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır. /

Google+ WhatsApp ok.ru