Bu prospektdə hərəkət qismən məhdudlaşdırılır

Bu prospektdə hərəkət qismən məhdudlaşdırılır

Bakıda Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
 
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yolda hərəkət aparılan təmir işləri ilə əlaqədar bağlanır. 
 
"Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək. Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur", - deyə məlumatda qeyd edilib. /

Google+ WhatsApp ok.ru