Bu prospektdə hərəkət məhdudlaşdırılır

Bu prospektdə hərəkət məhdudlaşdırılır

-- Sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib. Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir. Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
 

Google+ WhatsApp ok.ru