Bu qış Ukrayna istiliksiz qala bilər 07 İyul 2016 01:00 Dünya Bu qış Ukrayna istiliksiz qala bilər. Bunu Kiyevin meri Vitali Kliçko Ukrayna televiziyalarından birinə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, ötən qış isitmə mövsümü Ukraynada pozulmaq təhlükəsi altında idi. Mer bildirib ki, bu ilki mövsümə hazırlıq üçün külli miqdarda pul lazım olacaq. Lakin hazırda "Naftoqaz" şirkəti ölkədəki 104 enerji şirkətinin hesabını dondurub. Yerli telekanalların birinin efirində Kliçko vurğulayıb ki, bu il Ukraynanın qış mövsümünə hazır olması böyük risk altındadır. "Bu vəziyyəti həll etmək xahişi ilə aidiyyatı orqanlar hökümətə müraciət ünvanlayıb. Problemi həll etmək üçün dəyirmi masa ətrafına yığışmaq lazımdır", - deyə Kliçko qeyd edib. Bu arada, "Kiyevenerqo" şirkətində bildiriblər ki, şəhər enerji obyektləri yeni istilik mövsümünə hazırlığı dayandırıblar və bu, "Naftoqaz Ukrayna" şirkəti tərəfindən müəssisənin hesablarının dondurulması və cərimə sanksiyalarının qoyulması ilə bağlıdır. (anspress) Teqlər : #Bu qış Ukrayna istiliksiz qala bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikan polisi daha bir silahsız qaradərilini öldürdü - VİDEO İranın sərhədində 4 əsgər həyatını itirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO