Bu sualın cavabını tapana 20 milyon dollar veriləcək

Bu sualın cavabını tapana 20 milyon dollar veriləcək
“XPrize fondu” tərəfindən təşkil edilən yarışmada 20 milyon dollar dəyərində sual verilib.
Maide.az xəbər verir ki, kanadalı 13 enerji şirkətindən təşkil edilən COSIA (Canada's Oil Sands Innovation Alliance) qrupu ilə “NRG Enerji” şirkətinin sponsor olduğu yarışmada qalıq yanacağı haqqında sual verilib.
Yarışmada “Qalıq yanacaqlarının istifadəsində karbondioksid miqdarı necə azaldılar?” sualının cavabını tapana 20 milyon dollar veriləcəyi vəd edilib.
Ən maraqlısı isə budur ki, cavabı tapmaq üçün 4 il yarım vaxt verilib.
Qeyd edək ki, “XPrize Vəqfi” daha öncə də, “Google” şirkətinin sponsorluğu ilə keçirdiyi yarışmada “Aya ən sadə yolla necə getmək olar?” sualının cavabını tapana 30 milyon dollar vermişdi. /

Google+ WhatsApp ok.ru