Facebook-da profilə şəkil əvəzinə video yerləşdirmək olacaq

Facebook sosial şəbəkəsi istifadəçi profilinin idarəsində bir sıra yenilikləri elan edib. Onların arasında fotoqrafiya əvəzinə, profilə həmçinin qısa videonu da yerləşdirmə imkanı daxildir.  Bu barədə Facebook-un rəsmi bloqunda deyilir.
 
Bundan başqa, profil şəklinin məsələn, hansısa bir əlamətdar hadisəyə dair fotoların müəyyən müddət üçün yerləşdirilməsi funksiyası da meydana gələcək.
 
Profil şəkli mərkəzdə olacaq. Bununla yanaşı, bir sətirlik təhsil və ya iş yeri haqqında məlumatı yerləşdirmək imkanı da olacaq.
 
Sentyabrın ortasında Facebook təsisçisi Mark Tsukerberq yeni funksiyanın - “dislike” (bəyənmirəm) tətbiq edilməsini vəd edib. faktxeber /


 

Google+ WhatsApp ok.ru