Bu xəbər Azərbaycanda kompüter istifadəçisi olan əkəsriyyət üçündür

Microsoftun ən çox istifadə edilən etdim sistemi olan Windows 7 bu gündən etibarən fəaliyyətini dayandırdı. 
 
Maide.az xəbər verir ki, Microsoftun açıqlamasına görə artıq Windows 7 üçün xüsusi bir yeniləmə nəşr olunmayacaq. Beləliklə, Windows 7-də heç bir  yenilik baş verməyəcək. 
 
Gələn bu xəbər Windows 7 istifadəçiləri tərəfindən narazılıqla qarşılansa da, bəzi istifadəçilər yeni sistemi maraqla gözləməyə başlayıb. 
 
Qeyd edək ki, hazırda Windows 8 əməliyyat sistemi də geniş istifadə edilməyə başlanılsa da, Windows 10-un 2015-ci ildə bazara çıxarılması gözlənilir.
 
Xatırladaq ki, Microsoft 12 il ərzində dəstək verdiyi Windows XP üçün də ötən ilin yanvarında eyni qərarı qəbul etmişdi.

Google+ WhatsApp ok.ru