Alimlər həftənin ən ağır gününü müəyyən ediblər

Böyük Britaniya mütəxəssisləri ölkə sakinləri arasında sorğu apararaq, onlar üçün həftənin ən ağır gününü müəyyən ediblər. Çərşənbə axşamı həftənin ən ağır günü seçilib. Sorğuda 3 min adam iştirak edib.
 
Maide.az xəbər verir ki, könüllülərin yarıdan çoxu (53 faizi) çərşənbə axşamının ən ağır gün olduğunu bildirib. İnsanlar bazar ertəsi üçün özlərini işə kökləyirlər. Çərşənbə axşamı isə vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün yüksək fəallıq tələb olunur. Bundan əlavə, bazar ertəsindən həll olunmayan işlər də qalır. Alimlər hesab edirlər ki, çərşənbə axşamını yüngülləşdirmək çox asandır: bunun üçün iş həftəsinə bazar ertəsi başlamaq və mürəkkəb işləri çərşənbə axşamına saxlamamaq lazımdır.

Google+ WhatsApp ok.ru