Buxarestdə hökumət əleyhinə mitinqdə 50 min nəfər iştirak edib

Buxarestdə hökumət əleyhinə mitinqdə 50 min nəfər iştirak edib

Rumıniyanın paytaxtında keçirilən hökumət əleyhinə mitinqdə azı 50 min nəfər iştirak edib. Analoji tədbirlər ölkənin digər şəhərlərində də keçirilib.
 
Nümayişçilər ölkədə anti-korrupsiya qanunlarını zəiflətmək istəyən sosial-demokratlara  çıxış edib. İctimaiyyətin təzyiqilə hökumətin fərmanı ləğv etməsinə baxmayaraq, Rumıniyada etiraz aksiyaları davam edir.
 
Bazar günü hökumətin mənzil qərargahının qarşısına yığılanlar əllərindən transparantlarla şüarlar səsləndirib: "Biz sizi mühafizə etmək yox, işləmək istəyirik" və "Müqavimət göstər".
 
Axşam düz saat 7-də isə mitinqçilər başlarının üstünə mavi, sarı və qırmızı vərəqələr qaldıraraq. Rumıniyanın nəhəng bayrağını təsvir ediblər. (faktxəbər)

Google+ WhatsApp ok.ru