Buzlaqlar tarixin ən aşağı ikinci səviyyəsindədir

Buzlaqlar tarixin ən aşağı ikinci səviyyəsindədir

 
Son aparılan ölçmələrə görə, buzlaqlar tarixin ən aşağı ikinci səviyyəsindədir...
 
Alimlər isə, həyacan təbili artıq çalmaqdadırlar. Dünya səthinin orta temperaturunun artıq gündən-günə artması, buzlaqların səviyyəsini aşağı salaraq əriməsini sürətləndirməyə başlayıb. NASA-nın kosmik fəzadan çəkdiyi fotoşəkillərə əsaslanaraq aparılan tədqiqatlar, şimal qütbündəki buzlaqların tarixin ən aşağı ikinci səviyyəsinə qədər endiyini üzə çıxardıb.
 
Elm adamları, şimal qütbündəki Atlantik okeanın üstündə buzlaqların sahəsinin 4 milyon 140 min kilometr kvadrata qədər azaldığını bildirirlər. Bu miqdar, 2012-ci ildə aparılan ölçmələrdə ortaya çıxan 3 milyon 390 min kilometr kvadratlıq statistikadan sonra ikinci yeri tutmuş oldu. İllərdir ki, buzlaqlarda olan ərimə faizini müəyyən mənada azaldan alimlər, bu ildən başlayaraq sürətin yenidən artdığını araşdırmalarda bir daha müşahidə edib. NASA alimləri isə, buzlaqların əriməsini və sellərin artmasını bir-biri ilə əlaqələndirirlər. (deyerler.org) /

Google+ WhatsApp ok.ru