Böyük Britaniyada hicab məktəbli formasının bir hissəsi olacaq 30 İyun 2017 01:00 Dünya Böyük Britaniyada ilk dəfə müsəlman qızların hicabla məktəbə gəlməsi üçün rəsmi məktəb forması hazırlanacaq. Maide.Az xəbər verir ki, İngiltərənin şimal-qərbində Lankaşir qraflığında yerləşən ser Con Sersbi adına məktəb hicabı rəsmi məktəb forması kimi qəbul edib. Məktəb rəhbərliyi müsəlman şagirdlərin dərslərə “narahat yaylıqlarla” gəldiyinə diqqət edib. Lakin onların fikrincə, bu cür geyim tərzi çox zaman məktəb forması ilə uyğun gəlmir. Buna görə də xüsusi hicabların hazırlanması haqda qərar qəbul edilib. Hazırda məktəb administrasiyası şagirdlər və onların valideynləri ilə aktiv şəkildə müzakirələr aparır ki, hamının fikir və istəkləri nəzərə alınsın. Qeyd edək ki, Böyük Britaniyada hər məktəb üçün vahid geyim forması olsa da, hicab və başqa dini atributlardan istifadəyə məhdudiyyət təbiq edilmir. (islam.ru)/ Teqlər : #Böyük Britaniyada hicab məktəbli formasının bir hissəsi olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Bəzən südə təbaşir, sabun, soda, əhəng və hətta gips qatırlar” Türkiyədə hər bir məktəbdə namaz üçün otaqlar açılacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO