Böyük Britaniya Ermənistanın işğalçılıq faktını rəsmən dəstəkləyir 03 İyul 2014 01:00 Hərb Avropa işləri üzrə dövlət naziri ingilis hökumətinin qərarını səsləndirib Böyük Britaniya Azərbaycana və Ermənistana qarşı hərbi avadanlıq satışına qoyduğu embarqonu indən belə də davam etdirəcək. ANS-in məlumatına görə, Böyük Britaniya hökuməti ölkədən ixrac və ticarət lisenziyalarını araşdırdıqdan sonra bu barədə bəyanat verib. Bəyanatda vurğulanır ki, alınan silah Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistan - Azərbaycan sərhədində işlədilə bilər. Bu barədə bəyanatı Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton səsləndirib. Onun sözlərinə görə, Cənubi Qafqaz Böyük Britaniya üçün strateji bölgədir. “2012-2013-cü illərdə Azərbaycan və Ermənistan arasında sülhün bərqarar olması üzrə layihələrə 1,245 mln. funt sterlinq xərcləyib”, - deyə Devid Lidinqton vurğulyayıb. Teqlər : #Böyük Britaniya Ermənistanın işğalçılıq faktını rəsmən dəstəkləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zakir Həsənov Qazaxıstana getdi Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'