Böyük Britaniya məscidində `açıq qapı` günü keçirilib

Böyük Britaniya məscidi digər dinlərin nümayəndələri, atesistlər və aqnostiklər (Allahı qəbul edən, ancaq səmavi dinlərdə göstərildiyi formada deyil) üçün "açıq qapı" günü keçirib.
 
Maide.az xəbər verir ki, Visit My Mosque (Mənim məscidimə daxil ola) adı ilə keçirilən aksiya Böyük Britaniyada İslama qarşı olan gərginliyi azaltmaq məqsədi ilə Britaniya İslam Şurası tərəfindən təşkil edilib.
 
"Biz istəyirik ki, qeyri-müsəlmanlar öz gözləri ilə məscid daxilində nələrin baş verdiyini, İslamın nədən bəhs etdiyini görsünlər. Bu, barəsində "neqativ fikir" formalaşdırılmış dinimiz üçün çox vacibdir", - deyə, Şuranın rəhbəri Şudj Şafi bildirib.
 

Google+ WhatsApp ok.ru