Bəhreyn xalqının etiraz aksiyaları davam edir - FOTO

Bəhreyn xalqının etiraz aksiyaları davam edir - FOTO

-- Ayətullah İsa Qasimin ev dustaqlığına və onun müalicəsinin aparılmamasına görə

Bəhreyn xalqının ölkə  şiələrinin rəhbəri Ayətullah  Şeyx İsa Qasimin ev dustaqlığına və onun  müalicəsinin aparılmamasına görə etiraz aksiyaları davam edir. 
 
Maide.Az  beynəlxaq KİV-lərə istinadən xəbər verir ki, Bəhreyn paytaxtının müxtəlif bölgələrində  dinc aksiyalar  hər gün  davam etməkdədir. 
 
Bəhreyn Alimləri  cümə axşamı günü  ölkə xalqına çağırış edib və onlardan istəyib ki,  Ayətullah İsa Qasimin ev dustaqlığının davam etdirilməsi və onun müalicəsinin aparılmamasına etiraz olaraq ölkə boyu mitinqlər keçirsinlər. 
 
Bu çağırışın ardınca Bəhreynin  Şəhrəkan,  əl-Biladil-qədim,  Əbu Qüvvə,  Əl-Hamla,  əl-Sanabes və digər bölgələrində ötən axşam Ali Xəlifə rejimi əleyhinə və Ayətullah İsa Qasimin azadlığı tələbi ilə etiraz aksiyaları keçirilib. 
 
Qeyd edək ki, ötən gün Bəhreyn İslam Partiyası Ayətullah İsa Qasimin sağlamlıq vəziyyətinin çox ağır olduğunu açıqlayıb. Bu barədə danışan partiya rəsmisi Şeyx Abdullah Dəqqaq  onun təcili olaraq tibbi müayinədən keçməli olduğunu söyləyib: "Bir halda ki, Bəhreyn xəstəxanalarına da etibar yoxdur. Bəhreyn rejiminin də onun həyatını təhlükəyə salacaq addım atması mümkündür. Rejimin ölkənin mənəvi liderinə qarşı qoyduğu məhdudiyyətlər qaldırılmalıdır. Bəhreynin əziz və qeyrətli xalqından istəyimiz budur ki, ayağa qalxıb, alimlərin göstərişlərinə əməl etsinlər.”
 
Xatırladaq ki, ötən həftənin bazar günü Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdır. 
 
Ötən bir neçə gün ərzində  Bəhreyn xalqı küçələrə axışaraq  Ayətullah Qasimin müalicə edilməsi tələbi ilə mitinqlər keçirir.
 
Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.  
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru