Bəhreynli aktivistlər Berlində  etiraz kasiyası keçirib

Bəhreynli aktivistlər Berlində etiraz kasiyası keçirib

-- Səudiyyə Ərəbistanı səfirliyi binası qarşısında

Bəhreynli aktivistlər  Almaniyanın paytaxtı  Berlində Səudiyyə Ərəbistan rejiminin səfirliyi binası qarşısında  etiraz kasiyası keçirib. 
 
Maide.Az  “alkawthartv”-ə istinadən  xəbər verir ki,  etirazçılar  Səudiyyə rejiminin  Bəhreynin daxili işlərinə aşkar müdaxiləsini pisləyib. 
 
Bəhreynli aktivistlər  bu aksiyanı  “Ada Qalxanı” (Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına üzv dövlətlərin birgə təsis etdiyi hərbi kontingent)  işğalçı  qüvvələrinin Manamaya  soxularaq Bəhreyni işğal etməsi və bu ölkədə xalqın dinc aksiyalarını zorakılıqla dağıtmasının  yeddinci ildönümü münasibəti ilə təşkil edib. 
 
Etirazçılar  Bəhreyndə  Səudiyyə Ərəbistanın işğalçılıq siyasətinə son verilməsini və  Bəhreyn xalqının qətliamının  dayandırılmasını tələb ediblər. 
 
Etirazçılar həmçinin beynəlxalq  ictimaiyyətin Bəhreyn xalqına edilən zülm və haqsızlığa  qarşı susmasını tənqid edib. 
 

Google+ WhatsApp ok.ru