Cənubi Koreya işğal olunmuş ərazilərə uçuşlarını ləğv etdi

 

Cənubi Koreya sionist rejiminin  blokadada olan Qəzzəyə qarşı hücumlarına görə  və Təl-Əvivdəki sabitsizliyə görə bu şəhərə 3 uçuşunu ləğv edib.

Maide.az-ın Əl-Nahar qəzetinə istinadən məlumatına görə,  Cənubi Koreya hava yolları İsraildə təhlükəsizlik vəziyyətin pisləşməsi ilə əlaqədar uçuşlarını ləğv edib.

Son günlərdə İsrail rejim ordusu Qəzzəyə hücumlarına cavab olaraq Fələstin İslami Müqavimət Hərəkatı qüvvələrinin cavab atəşi olaraq atdığı raketlər “İsrail”-in bütün bölgələrində sabitlik pozulub. Fələstinli qüvvələr bir neçə dəfə Ben-Gurion hava limanını raketlərlə vurub və xarici hava yollarından istəyiblər ki, uçuşlarını bu hava limanına dayandırsınlar.

Qeyd edək ki, işğalçı İsrail ordusu artıq 11 gündür ki, Qəzzəyə hücumlar təşkil edib. Bu cinayətkarların havadan, qurudan və dənizdən təşkil etdiyi hücumlar nəticəsində indiyədk 260 fələstinli şəhid və 1950 fələstinli isə şəhid olub.

Beyt Hanunda Fələstin HƏMAS müqavimət hərəkatının hərbi qolu “İzzəddin Əl-Qəssam” briqadası ilə sionist rejim əsgərləri arasında qızğın döyüşlər gedir. Müqavimət hərəkatı qüvvələri sionistləri geri çəkilməyə məcbur edib. Bundan başqa Beyt Lahiyanın şimalında sionist rejim əsgərləri İzzəddin əl –Qəssam briqadasının pusqusuna düşdü.

 

Google+ WhatsApp ok.ru