Cəbhədə 20 dəqiqəlik atışma 03 Avqust 2014 01:00 Hərb Son günlər daha da fəallaşan Ermənistan ordusu ötən gecə də atəşkəsi pozub. Maide.az-ın məlumatına görə, erməni hərbi birləşmələri cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəqiqəyə yaxın atəşə tutublar. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır artileriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan olmayıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.Hazırda bölgədə sakitlik hökm sürür. ans press/ Teqlər : #Cəbhədə 20 dəqiqəlik atışma, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi: `Düşmənə qarşı müasir silahlardan istifadə olunur və olunacaq` Bakıda iki sərnişin avtobusu toqquşub, yaralananlar var
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'