Cəmil Çiçək yaralı əsgərlərimizə baş çəkdi

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərə baş çəkib. 
 
Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizə tez bir zamanda sağalmasını diləyib.
 
TBMM sədri həkimlərə müvafiq göstərişlər verib.
 
Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər. erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqını qarşı tərəf xeyli itki verərək geri çəkilmişdi.
 

Google+ WhatsApp ok.ru