Cəbhədə yenə gərginlik yaşanıb 01 Noyabr 2014 02:00 Hərb Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Maide.az- Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Novruzlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. / Teqlər : #Cəbhədə yenə gərginlik yaşanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 31 dəfə pozub Atəşkəs rejimi 30 dəfə pozuldu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'