Cəbhədə gərgin gecə 12 Dekabr 2014 02:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçuayrım kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Şuraabad, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Cəbhədə gərgin gecə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub ABŞ təhlükəli silahını sınaqdan keçirdi - VİDEO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'