`Cəmiyyət zühura hazır deyilsə, min Mehdi də gəlsə, çarə deyil!`

İmam Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni sosial islahatçılığın fərdlə başlayacağına toxunaraq belə deyib: "Öz varlığımızdan islah hərəkətini başlayaq. İlk addımda varlığımızdan kin və nifrəti ataq. Çünki cəmiyyətimiz kin, yalan və iftiraya bulaşmışdır. Cəmiyyətin düzəlməsini istəyiriksə, bunun ilk addımı bizim yaxşı olmağımızdan keçir. Fərdlər yaxşı olmasa, onların yaratdığı cəmiyyət necə yaxşı ola bilər ki!"
 
Maide.az xəbər verir ki, Seyid Həsən Xomeyni cahan və bəşəriyyətin xilaskarı olan İmam Mehdinin (əc) imamət müddətinin başlanğıc günü münasibətilə keçirilən toplantıdakı çıxışında cəmiyyətin zühura hazır olmamasının təzahürü gecikdirdiyinə diqqət çəkib və deyib: "Zühura hazır olmayan bir cəmiyyətə min Mehdi də gəlsə, problem həll edilməz. Cəmiyyət mərifət və şüur baxımından yaxşı mövqeyə gəlmədikcə, həzrətin zühur etməsi bir şey ifadə etmir. Çünki o həzrət də babası Peyğəmbər (s) kimi insanlara gözəlliklərdən danışacaq. Əgər cəmiyyət zühura hazır deyilsə, İmam Mehdi (əc) cahillər arasında bir alim kimi qərib qalacaq, qədiri bilinməyəcək və ya cahillər ona əziyyət verəcəklər."

Google+ WhatsApp ok.ru