Cəbhədən son xəbər: Düşmən minaatanlardan atəş açır 01 Aprel 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub. Maide.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Cəvahirli, Novruzlu, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Cəbhədən son xəbər: Düşmən minaatanlardan atəş açır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təmas xəttində monitorinq keçiriləcək Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın yeni videomüraciəti yayılıb - VİDEO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'