Cəlilabadda kütləvi zəhərlənmə olub 29 May 2015 01:00 Hadisə Cəlibabad rayonunda kütləvi zəhələnmə baş verib. Əslən Tovuzun Ağdaş kəndindən olan 18 nəfər şəxs qohumlarının andiçmə mərasimində iştirak etmək üçün Cəlilabadın Göytəpə qəsəbəsinə gəliblər. Qohumlar Göytəpədə evdə bişirilmiş yeməklərdən süfrə açıblar və kütləvi zəhələnmə də məhz bu yemək tədarükündən olub. Zəhərlənənlərdən 7 nəfəri Cəlilabad Rayon Xəstəxanasına çatdırılıb. Onların arasında 2 azyaşlı uşaq da var, xəstələrin birinin vəziyyəti ağırdır. İlkin məlumata görə, zəhərlənmə dolmadan baş verib./ Teqlər : #Cəlilabadda kütləvi zəhərlənmə olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda məhbus yoldaşını döyən şəxs özünü doğrayıb Moskvada polisi qətlə yetirməkdə günahlandırılan azərbaycanlı yaxalanıb