Cəbhədə erməni təxribatı 23 İyun 2015 01:00 Hərb Müdafiə Nazirliyindən Maide.az-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 83 dəfə pozub. Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Teqlər : #Cəbhədə erməni təxribatı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2015-ci ilin əvvəlindən Azərbaycan Silahlı Qüvvələrinin itkisi 38 nəfər təşkil edib Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 90 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'