Cəzaçəkmə Müəssisəsində qətl 10 Sentyabr 2015 01:00 Hadisə Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib. Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb. / Teqlər : #Cəzaçəkmə Müəssisəsində qətl, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda anbarda faciə Bakıda polisi döydülər: sürücü maşını qoyub qaçdı