Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib

Azərbaycanda məhkum dünyasını dəyişib.
 
Maide.az bildirir ki, APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
 
Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.
 
Ölümün səbəbləri araşdırılır.
 
Qeyd edək ki, B. İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.
 

Google+ WhatsApp ok.ru