Cəlilabadda meşədə yanğın baş verib

Cəlilabadda meşədə yanğın baş verib

 
 Bu gün saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayında yanğın hadisəsi baş verib.
 
Bu barədə SalamNews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
 
Naməlum səbəblərdən baş verən yanğın ETSN-in və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində qısa müddətdə söndürülüb.
 
Yanğın 50 sot ərazini əhatə edib. Ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
 
Yanğının başvermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
 
Yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbilə baş verir.
 
ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır. /

Google+ WhatsApp ok.ru