Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb 27 Yanvar 2017 02:00 Hadisə Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 26-da saat 07.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. Nəticədə N. Sövzəliyev və 10 sərnişin xəsarət alıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar buraxılıb. Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Teqlər : #Cəlilabadda mikroavtobus qəzaya uğrayıb,#11 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncə sakini ağrıkəsici dərmandan şoka düşərək ölüb `Sovetski`də yanğın - 10 yanğınsöndürən maşın cəlb olunub