Cənubi Koreya prezidenti hakimiyyətdən uzaqlaşdırıldı

Cənubi Koreya prezidenti hakimiyyətdən uzaqlaşdırıldı

Cənubi Koreya prezidenti Pak Kin He rəsmən hakimiyyətdən kənarlaşdırılıb. Bu qərarı ölkənin Konstitusiya Məhkəməsi qəbul edib. Pak Kin Henin impiçmenti haqqında qərar yekdilliklə qəbul olunub.
 
Belə bir vəziyyətdə Cənubi Koreyada yaxın 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçiriləcək.
 
Cənubi Koreya prezidentinin impiçment edilməsində səbəb onun adının korrupsiya qalmaqalında hallanması və dövlət əhəmiyyətli məsələləri öz dostları ilə məsləhətləşməsidir.(faktxəbər)
 

Google+ WhatsApp ok.ru