Cənubi Koreyada aksiyada qarşıdurmalar: ölən və yaralananlar var-VİDEO

Cənubi Koreyada aksiyada qarşıdurmalar: ölən və yaralananlar var-VİDEO

Koreya Respublikasında prezident Pak Kın Henin vəzifədən uzaqlaşdırılmasından sonra başlayan etiraz aksiyasında iki nəfər həlak olub. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Ryonhap xəbər yayıb.
 
Məlumatda bildirilir ki, ölənlərdən biri polis avtobusundan yıxılandan sonra ağır yaralanan 72 yaşlı kişi olub. İkinci qurban barədə məlumat yoxdur.
Qeyd edək ki, Cənubi Koreyada Konstitusiya  Məhkəməsinin prezidentin impiçmenti barədə qərarı açıqlandıqdan sonra paytaxtda  bu qərarla razı olmayan nümayişçilərlə toqquşmalar yaşanıb.
 
 
 
 
 
 
 
 
Aksiyalar zamanı həmçinin bir neçə nəfər yaralanıb. Onların arasında  Kyodo agentliyinin ştatlı fotoqrafı da var. O, başında travma alıb.
 
 
 
Cənubi Koreya prezidenti Pak Kin He rəsmən hakimiyyətdən kənarlaşdırılıb. Bu qərarı ölkənin Konstitusiya Məhkəməsi qəbul edib. Pak Kin Henin impiçmenti haqqında qərar yekdilliklə qəbul olunub.

Belə bir vəziyyətdə Cənubi Koreyada yaxın 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçiriləcək.

Cənubi Koreya prezidentinin impiçment edilməsində səbəb onun adının korrupsiya qalmaqalında hallanması və dövlət əhəmiyyətli məsələləri öz dostları ilə məsləhətləşməsidir.

Google+ WhatsApp ok.ru