Cənubi Sudanda 20 min uşaq aclıqdan ölə bilər

Cənubi Sudanda 20 min uşaq aclıqdan ölə bilər

Cənubi Sudanda azı 270 min uşağın aclıq təhlükəsilə qarşı-qarşıya olduğu və 20 min uşağın ilin sonundan əvvəl yetərsiz qidalanma səbəbiylə həyatını itirə biləcəyi bildirilib.

Beynəlxalq qeyri-hökumət təşkilatı "Save The Children"-dan verilən açıqlamada daxili müharibənin yol açdığı şərtlər səbəbilə ölkədə 1 milyonu uşaq olmaqla, 6 milyondan çox adamın təcili qidaya ehtiyac duyduğu qeyd edilib.

Açıqlamada "270 min uşaq aclıq riski ilə üz-üzədir. Təxminən 20 min uşağın 2018-ci ilin sonundan əvvəl həddən artıq aclıq səbəbindən həyatını itirməsi gözlənə bilər", - deyə qeyd edilib.

Təşkilatın Cənubi Sudan direktoru Deidre Keogh isə "Humanitar yardım xidmətlərinin davam etdirilməsi və artırılması üçün təcili maddi dəstək təmin olunmazsa, çox sayda uşaq ölüm təhlükəsi altındadır", - sözlərini diqqətə çatdırıb.

Müharibənin ağır nəticələri ilə qarşılaşanların uşaqlar olduğunu xatırladan təşkilat humanitar yardım xidmətlərinə çıxışın asanlaşdırılması üçün də müraciət edib./eastnews.org/

Google+ WhatsApp ok.ru