Canavarlar kəndə hücum etdi - 30 qoyunu parçaladı- VIDEO

Saatlı rayonunda canavarlar şəxsi təsərrüfata hücum edərək 30-a yaxın qoyunu parçalayıb. Nəticədə təsərrüfat sahibinə 5 min manatdan çox ziyan dəyib.
 
Maide.az  xəbər verir ki, ANS TV-nin məlumatına görə, canavarlar təsərrüfatda 30 qoyunu parçalayıb. Hadisə Saatlı rayonunun Əbilkənd kəndi ərazisində, Orucov Mehman Bəxtiyar oğlunun təsərrüfatında qeydə alınıb.
 
Gecə saatlarında bir neçə canavar tövlədə olan qoyun-quzuya hücum edərək 24 qoyunu parçalayıb, 6-nı aparıb, 5-ni isə yaralayıb. Təsərrüfat sahibinə 5 min manatdan çox ziyan dəyib.
 
“Adı “Qırmızı kitab”a düşdüyünə görə,canavarları vurmağa icazə verilmir. Nə də ki, aidiyyati qurumlar tərəfindən bir tədbir görülmür. Qeyd edim ki, ötən il canavarlar kəndə hücum çəkərək xeyli sayda qoyun-quzunu parçalayıb”, – deyə zərərçəkmiş Mehman Orucov bildirib.
 
Saatlı rayon Baytarlıq Xidməti qoyunlardan nümunə götürüb və ərazidə dezinfeksiya işləri aparılıb.
 
Ölmüş qoyunlar baytarlıq xidməti tərəfindən basdırılıb. /
 

Google+ WhatsApp ok.ru