Cavad Zərif İraq şiələrinin rəhbəri ilə görüşüb

İraqda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif iraqlı şiələrin dini lideri Ayətullah əl-üzma Seyid Əli Sistani ilə görüşüb.
 
Nəcəf şəhərində reallaşan görüşdə "bölgə ölkələrinə olan təhdidlər" danışılıb. Son günlər İraqda baş verən hadisələri də müzakirə edən tərəflərin görüşünün detalları barədə ətraflı məlumat verilməyib.
 
Zərifin Nəcəfdən sonra müqəddəs Kərbəla şəhərini ziyarət etməsi gözlənilir.

Google+ WhatsApp ok.ru