Cavad Zərifin Türkiyə səfəri təxirə salındı

İranın xarici işlər naziri Cavad Zərif Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb. Xəbəri avqustun 11-də Türkiyənin Xarici İşlər Nazirliyi yayıb və detallı bilgi verməyib.
 
Maide.az xəbər verir ki, Zərif avqustun 11-də Ankarada “regiondakı son durumu və qarşılıqlı maraq doğuran məsələləri” müzakirə etməliydi.
 
İran prezidenti Həsən Ruhani ötən həftə Türkiyəyə zəng edib, Türkiyəni Suriya və İraqda İŞİD terrorçuları ilə mübarizədə birgə işləməyə çağırıb.
 
İran Suriya münaqişəsində vasitəçilik də təklif edib.
 
Bu həftə Zərifin Moskvaya da səfəri gözlənirdi. TASS səfərin gələn həftə baş tutacağını xəbər verib.

Google+ WhatsApp ok.ru