Cavad Zərif: 'Azərbaycan İran üçün çox vacib bir ölkədir'

Cavad Zərif: 'Azərbaycan İran üçün çox vacib bir ölkədir'

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran İslam Respublikasının Azərbaycan Respublikası ilə münasibətlərinə böyük əhəmiyyət verdiyini söyləyib.  

 
O, bu sözləri İran Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Seyid Abbas Musəvinin şərəfinə təşkil edilən mərasimdə deyib:
 
"Qonşularımız İranın xarici siyasətinin prioritetidir. Azərbaycan Respublikası İran İslam Respublikası üçün çox vacib bir ölkədir. Musəvi Avropa və Asiyada daha sadə bir missiya seçə bilərdi, lakin o, strateji münasibətin dərinliyini göstərən missiyasına görə Azərbaycan Respublikasını seçdi. Diplomatik münasibətlərdəki yaxşı təcrübəsi ilə əminəm ki, Bakıda daha uğurlu olacaq. İran İslam Respublikası Azərbaycan Respublikası ilə çox yaxşı bir əlaqələr qurub. Ümid edirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında bu mehriban və dostluq əlaqələri daha da möhkəmlənəcək".  
 
İranın Azərbaycandakı səfiri təyin olunmuş Seyid Abbas Musəvi 2019-cu ilin aprel ayından etibarən nazirliyin mətbuat katibi, İctimai və Media Diplomatiyası Mərkəzinin rəhbəri vəzifəsini icra edib.
 

Google+ WhatsApp ok.ru